Azərbaycanlı alimlərin məqaləsini amerikalı həmkarları yüksək qiymətləndiriblər

Azərbaycanın tanınmış cərrah-uroloqu, Azərbaycan Tibb Universitetinin “Urologiya” kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Sudeif İmamverdiyev və həmin kafedranın tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Talıb Talıbovun həmmüəllifi olduqları “İkitərəfli mərcanvari və çoxlu nefrolitiazın açıq cərrahi müalicə üsulunun seçilməsi” sərlövhəli məqalə ABŞ-ın klinik və eksperimental tibb üzrə jurnalında (“American Journal of Clinical and Experimental Medicine)” dərc olunub. ABŞ alimləri məqaləni yüksək dəyərləndirərək müəllifləri bu dərgi ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərməyə dəvət ediblər.

    

Qeyd edək ki, elmi-tədqiqat və icmal məqalələrin dərc olunduğu həmin jurnal “Thomson Reuters” elmi bazasına daxildir.

                                             

Sifai SƏFƏROVA

 



16.07.2018 | 16:27