“Qarabağ:mif və həqiqət” adlı dərs vəsaiti işıq üzü görüb

Bakı Slavyan Universitetinin (BSU) Elmi-Tədqiqat Layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı, istefada olan polis polkovniki Sadir Məmmədovun həmmüəllifliyi ilə 8 noyabr- Zəfər Gününə həsr olunan “Qarabağ: mif və həqiqət” adlı dərs vəsaiti çap edilib.

 

Kitabda Azərbaycanın əzəli-əbədi ərazisi olan Qarabağın tarixi-coğrafi mövqeyi,  bu ərazidə yaşamış tayfalar, onların mədəni-ədəbi abidələri, ermənilərin  Qarabağda məskunlaşması, türk torpaqlarında dövlət qurmaq cəhdləri, erməni uydurmalarının ifşası, qədim erməni dili ilə bağlı həqiqəti əks etdirməyən iddialar, Qarabağda erməni cinayətləri, Qarabağ problemini həll edən Azərbaycan dövlətinin siyasi mövqeyi öz əksini tapıb.

 

Dosent S.Məmmədovun “Azərbaycanşünaslıq tədqiqatları” silsiləsindən “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işıq üzü görmüş növbəti kitabı universitet tələbələri, magistrantlar, doktorantlar, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.  Nəşr BSU-nun xaricdə fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzləri, xarici universitetlərdə Azərbaycan dili ixtisası üzrə təhsil alan və dilimizi öyrənən tələbələr üçün faydalı tədris vəsaitidir.

 



10.11.2021 | 13:15