Vətən müharibəsi iştirakçısı olan BANM məzunu SOCAR-da işlə təmin edilib

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 2018-ci il məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı Vəli Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestində işə qəbul olunub.

 

V.Əliyev Trestdə Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecer vəzifəsinə təyin edilib.

 

O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib.  Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, “Cəbrayılın azad olunmasına görə”,  “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 



10.11.2021 | 12:37