Təhsil müəssisəsində maaşlar 20 faiz artırıldı

Zəfər bayramı ərəfəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) maaşlar artırılıb.  AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

 

Rektorun əmrinə əsasən, professor-müəllim heyətinin və əməkdaşların maddi rifah halının yaxşılaşdırılması üçün əmək haqları orta hesabla  20 faiz qaldırılıb.

 

Bu barədə AzMİU-dan bildirilib.

            



05.11.2021 | 14:32