Təhsil naziri Türk Şurası Təhsil Nazirlərinin 6-cı iclasında və Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 4-cü iclasında iştirak edib

Noyabrın 4-də Türkiyənin İstanbul şəhərində Türk Şurası Təhsil Nazirlərinin 6-cı iclası və Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 4-cü iclası keçirilib.

Türkiyə, Qazaxıstan və Qırğız təhsil nazirləri, Özbəkistan təhsil nazirinin müavini, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi, Beynəlxalq Türk Akademiyasının prezidenti, Macarıstanın İstanbuldakı Baş konsulu və digər yüksək səviyyəli rəsmilərin qatıldığı iclaslar zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Hər iki tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev TDƏŞ çərçivəsində təhsil sahəsində irəli sürülən təşəbbüslər yönündə görülən işlər haqqında məlumat verib. Nazir “XV əsrə qədər Ortaq Türk Tarixi” dərsliyinin 2019-2020-ci tədris ilindən etibarən 151 yerli ümumi təhsil müəssisəsində fakultativ fənn kimi tədris olunduğunu bildirib. Bundan başqa, Təhsil Nazirliyinin ümumi təhsil müəssisələri şagirdlərinin mübadiləsində aktiv iştirak etməsi, 17-24 mart 2018-ci il tarixlərində keçirilmiş ikinci mübadilə proqramına ölkəmizin evsahibliyi etməsi xüsusi vurğulanıb. Nazir həmçinin ali təhsil sahəsində əlaqələrin dərinləşməsi baxımından mühüm rola malik Türk Universitetləri Birliyininin bir müddət öncə keçirilmiş 5-ci konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin Birliyin üzvü seçildiyini qeyd edib.

Emin Əmrullayev ötən il Vətən müharibəsi zamanı ölkəmizlə həmrəylik nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə TDƏŞ-ə xüsusi təşəkkürünü bildirib. İclas zamanı Ermənistan silahlı qüvvələrinin ötən ildə mülki əhali və infrastruktura qarşı hücumlarının nəticələri haqqında məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 4-cü iclasında 2022-ci il üzrə Elmi Şuraya sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyindən Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə təhsil naziri Emin Əmrullayev tərəfindən Türkiyə milli təhsil naziri Mahmud Özərə təqdim edilib.

04.11.2021 | 18:45