“Öyrət və Öyrən” layihəsinə start verilib

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin (DTKTM) təşkilatçılığı ilə “Öyrət və Öyrən” layihəsinə start verilib. Layihə çərçivəsində BMU-nun pedaqoji fakültəsinin Riyaziyyat müəllimliyi və Riyaziyyat və informatika müəllimliyi ixtisaslarından olan tələbələrin məktəb şagirdlərinə könüllülük əsasında Riyaziyyat fənni üzrə əlavə məşğələlər keçirməsi qərara alınıb.

 

Layihənin əsas hədəfi pandemiya dövründə məktəblilərin Riyaziyyat fənni üzrə proqramın mənimsənilməsində qarşılaşdıqları problemləri aradan qaldırmaqdır. Bununla yanaşı, layihə BMU-nun pedaqoji fakültəsinin tələbələrinə ümumtəhsil məktəblərində müəllimlik təcrübəsini əldə etmələrinə, öyrədərək öyrənmələrinə imkan yaradacaq.

 

Qeyd edək ki, BMU məktəb-universitet əməkdaşlığını davamlı olaraq genişləndirir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.

 



04.11.2021 | 15:34