ADNSU ilə “PAŞA Həyat Sığorta” arasında Əməkdaşlıq memorandumu | |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında Əməkdaşlıq memorandumu imzalanıb.
Sənədə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov imza atıb.
Qarşılıqlı əməkdaşlğın, xüsusən də texniki və texnoloji sahədə mübadilə və əlaqələrin inkişafı, tərəflər arasında startaplara investisiya məsələsi, beyin mübadiləsi, qarşılıqlı seminar və təlimlərin təşkili, layihələrin investisiyalaşması və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb, perspektiv layihələr müzakirə olunub. |
|
04.11.2021 | 13:06 | |
|
|
|