"CyberEdu" layihəsinin icrasına dair müzakirələr | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin üzvü olduğu İsveç İnstitutunun həyata keçirdiyi və maliyyələşdirdiyi "CyberEdu" layihəsi çərçivəsində işçi görüş keçirilib.
Tədbirdə layihənin koordinatoru Qatsek Qayevski, Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndələri, Kompüter elmləri kafedrasnın müəllim heyəti və rektorun İT və İnnovasiyalar üzrə müşaviri Rasim Abdullayev iştirak edib.
Görüşdə layihənin koordinatoru Qatsek Qayevski layihənin gedişatı və növbəti birgə layihələrin həyata keçirilməsi haqqında iştirakçılara məlumat verib, hazırki vəziyyətlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, "CyberEdu" layihəsi çərçivəsində partnyor universitetlərdə kiber-təhlükəsizlik üzrə ixisaslaşmaların yaradılması nəzərdə tutulub.
|
|
03.11.2021 | 10:33 | |
|
|
|