ABŞ səfirliyinin İctimai əlaqələr üzrə departamenti ilə layihəyə start verilib | |
Bakı Mühəndislik Universitetinin (BMU) pedaqoji fakültəsinin Xarici dillər kafedrası ilə ABŞ səfirliyinin İctimai əlaqələr üzrə departamenti arasında ilk beynəlxalq əməkdaşlıq layihəsinə start verilib.
Lahiyə çərçivəsində Amerika vətəndaşı olan, ingilis dilinin tədrisi metodikası, xarici dil tədrisində dünyadakı yeni metodlar, həmçinin “TESOL” üzrə mütəxəssis Michael Moak BMU-da ingilis dilini tədris edən müəllimlərə təlimə başlayıb.
Layihənin BMU üzrə koordinatoru Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Güldür. Layihə çərçivəsində I semestrdə ingilis dili müəllimlərinə həftədə 8 saat virtual təlimin verilməsi nəzərdə tutulur. İkinci semestrdə isə amerikalı mütəxəssisin canlı olaraq müəllim və tələbələrə təlim keçməsi planlaşdırılır.
|
|
02.11.2021 | 10:05 | |
|
|
|