Türkiyənin Azərbaycandakı səfiri UNEC-də

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

UNEC rektoru, professor Ədalət Muradovla görüşdə ali məktəblə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor səfirə UNEC-in müəllim və tələbələrinin Türkiyənin aparıcı universitetlərində təcrübə və mübadilə proqramlarında iştirak etdiyini, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

 

Görüşdə Türk Dünyası İqtisad Fakültəsinin Türkiyə ali təhsil sisteminə tam inteqrasiya edilməsi, türk dilində nəşr edilən yeni dərsliklərlə TUDİFAK-ın təmin edilməsi barədə də fikir mübadiləsi aparılıb.

 

UNEC-in əldə etdiyi uğurlardan məmnunluğunu bildirən səfir Cahit Bağçı qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.

 



26.10.2021 | 18:05