Məktəblilər Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı məlumatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar məlumatlandırılıb.

 

30 il əvvəl oktyabrın 18-də Azərbaycanın müstəqilliyini bərpa etməsi şagirdlərin diqqətinə çatdırılıb. Həmçinin 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğu nəzərə alınaraq mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü elan edilməsi ilə bağlı qəbul olunmuş qanun barədə məktəblilərə məlumat verilib.

 

Eyni zamanda ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə tarixi faktlar nəzərə çatdırılıb. Müstəqilliyimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilməsi və onun əbədiliyinin təmin edilməsi haqqında diskussiyalar təşkil olunub.

 



19.10.2021 | 11:04