Qrant müsabiqələrə layihə qəbulu bu gün yekunlaşır | |
“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı”, “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” və “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” mövzularında Təhsil Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqələrinə layihələrin qəbulu davam edir.
Müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir.
Layihələrin qəbulu bu gün saat 21:00-da başa çatacaq.
Qrant müsabiqələri barədə daha ətraflı məlumatla aşağıdakı elanlar vasitəsilə tanış ola bilərsiniz.
|
|
18.10.2021 | 12:25 | |
|
|
|