Mərkəzi Elmi Kitabxana qapılarını oxuculara yenidən açır

Ölkənin nüfuzlu, böyük kitabxanaları sırasında yer alan, tərkibində 2 milyona yaxın dəyərli nəşrlərin mühafizə olunduğu Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) oktyabrın 15-dən etibarən oxucularına əyani xidməti yenidən bərpa edir.

 

Qeyd edək ki, kitabxananın fəaliyyəti pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin mart ayında dayandırılmış və fəaliyyətini onlayn şəkildə həyata keçirirdi.

 

Hazırda oxucuların kitabxana daxilində rahatlığı üçün bütün şərait yaradılıb, hər mərtəbədə karantin qaydalarına uyğun xüsusi oxu zalları təşkil olunub.

 

Kitabxanada lazımi qabaqlayıcı tədbirlər də həyata keçirilib. Ümumilikdə MEK əməkdaşlarının 98%-i, xüsusilə MEK-in Xidmət şöbəsində çalışan bütün işçilər özlərinin və oxucuların sağlamlığı üçün vaksinasiya prosesində aktiv iştirak ediblər. MEK tam heyəti ilə oxuculara xidmət etməyə hazırdır.

 

Kitabxanaya giriş COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı ilə mümkün olacaq.

 



14.10.2021 | 11:08