Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi | |
Oktyabrın 8-də mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi olub.
Təhsil Nazirliyinin tabeliyindəki 132-134 nömrəli təhsil kompleksinin akt zalında keçirilən açılış mərasimində əvvəlcə Azad Rəhimov haqda hazırlanmış qısametrajlı film nümayiş olunub. Sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova, təhsil kompleksinin direktoru Sara Xanlarova çıxış ediblər.
Yarışa qonaqlarla nazirin ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib. Qeyd edək ki, oktyabrın 8-də – Azad Rəhimovun doğum günündə start verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində ayın 15-dək davam edəcək. Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.
|
|
08.10.2021 | 18:56 | |
|
|
|