Vətən müharibəsi iştirakçısı doğma məktəbində

Şabran rayon Padar kənd tam orta məktəbində məktəbin məzunu olmuş II Qarabağ müharibəsi iştirakçısı Asif Mürsəliyevlə görüş keçirlib.

 

Təhsil şöbəsindən aldığımız məlumata görə, görüşdə 44 günlük Vətən müharibəsi, Azərbaycan Ordusunun gücü, xalqın birlik və iradəsindən danışılıb, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin xatirəsi yad edilib.

 

Sonra Asif Mürsəliyev öz döyüş yolundan, Vətən torpağını qorumağın necə şərəfli bir iş olmasından bəhs edib, şəhid olmuş döyüş yoldaşlarının xatirəsinə ehtiramını bildirib.

 

Həmçinin qeyd edib ki, qan bahasına geri qaytarılan torpaqlarımız, daha da möhkəmlənən müstəqilliyimiz və ərazi bütövlüyümüz bizə şəhidlərimizin əmanətidir və gələcək nəsillər bu əmanətə həmişə sahib çıxmalıdırlar. Bundan sonra da gənclərimiz  igid vətən oğullarının şərəfli yolunu əzmlə davam etdirməlidirlər.

 

Şakir CƏFƏROV

 



09.10.2021 | 11:26