ADPU rəhbərliyi doktorant və dissertantlarla görüşüb | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov ali təhsil müəssisəsinin doktorant və dissertantları ilə görüş keçirib
Görüşdə tədqiqat mövzuları, elmi rəhbərlərlə iş və sair məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 19 yer, dissertanturaya 7 yer, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 7 yer ayrılıb.
Planda nəzərdə tutulmuş ixtisaslar üzrə xarici dil imtahanlarını mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzində müvəffəqiyyətlə verən 6 nəfər (fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 5 nəfər, dissertanturaya 1 nəfər) qeydiyyatdan keçib. Sənədlər araşdırılıb, fəlsəfə doktoru proqramı üzrə doktoranturada 4 nəfər, dissertanturada 1 nəfər növbəti mərhələyə buraxılıb.
ADPU-nun rektoru C.Cəfərovun əmrlərinə əsasən, yaradılmış müvafiq komissiyalar tərəfindən fəlsəfə və ixtisas fənlərindən qəbul imtahanları keçirilib və müsahibə aparılıb.
Müsahibə və imtahanların nəticələri əsasında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 4 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturaya isə 1 nəfər qəbul olunub.
|
|
08.10.2021 | 17:22 | |
|
|
|