Metodiki toplantılar keçirilib

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə metodiki toplantılar keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən toplantılarda paytaxtın bütün rayonları üzrə məktəblərdə çalışan GÇH rəhbərləri iştirak ediblər.

 

Toplantıların keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfyyətini yüksəltmək, təhsil müəssisələrinin bütün siniflərinə​ Vətən uğrunda​ şəhid olmuş​ hərbi qulluqçuların adının verilməsi, bu istiqamətdə atılan addımların müəyyən olunması yolunda fikir mübadiləsi aparmaq, həmçinin Vətən Müharibəsini əks etdirən​ güşələrin yaradılması barədə müəllimləri məlumatlandırmaq və vətənpərvərlik mövzusunda “Dəyirmi masa”ların, debatların, vebinarların, ekskursiyaların mütəmadi təşkilinə dair tövsiyələr verməkdən ibarətdir.

 

Metodiki toplantılarda TDM-in metodistləri tərəfindən müvafiq mövzularda təqdimatlar keçirilib. Qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə nümunəvi dərslər nümayiş olunub.

 

Toplantılarda Vətən Müharibəsi zamanı müvafiq tapşırıqlar çərçivəsində GÇH rəhbərlərinin kommunikasiya və qismən səfərbərlik prosesinin gedişinə peşəkar dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirilib.

 

 



30.09.2021 | 14:13