Texnologiya Universitetində yeni laboratoriya açılıb

Azərbaycan Texnologiya Universitetində (UTECA) Avropa Birliyinin Erasmus+ proqramının CRENG layihəsi çərçivəsində, Avropa Birliyinin maliyyə dəstəyi ilə CRENG laboratoriyası qurulub, innovativ öyrənmə mühiti yaradılıb.

 

Laboratoriyanın açılışında universitetin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov, prorektorlar və struktur bölmə rəhbərləri, yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin nümayəndələri iştirak ediblər.

 

CRENG yenilikçi təhsil mühiti tələbələrin nəqliyyat sahəsində rəqəmsal və informasiya texnologiyalarından istifadə etməklə praktiki bacarıqlar əldə edəcəyi kompüter texnikası və uyğun proqram təminatı ilə təchiz olunmuş müasir CRENG laboratoriyası və Virtual Sinif Otağını əhatə edir. Mövcud proqram məhsullarının təhlili əsasında təhsil ehtiyacları üçün AnyLogic proqramı seçilib. AnyLogic müxtəlif miqyaslı sistemlərin (müəssisələr, təchizat zəncirləri, yük və sərnişin daşımaları, anbar, dəniz limanı və s.) böhran vəziyyətində fəaliyyət planının hazırlanması üçün lazım olan təhlilin aparılması və simulyasiya modellərini 2D və 3D -də görüntülənməsi imkanlarını təklif edir.

 

Eyni zamanda, IPBL (International Project Based Leaning) ilə məşğul olan tələbələrin ünsiyyətini, həmçinin web seminarlar və onlayn konfranslar təmin etmək üçün UTECA-da virtual sinif otağı yaradılıb.

 

Bütün avadanlıq və proqramlar təşkilat, müəssisə, işəgötürən və digər maraqlı tərəflərin yenilənmə kurslarında istifadəsi üçun nəzərdə tutulub.
CRENG yenilikçi öyrənmə mühitinin fəaliyyətini təmin etmək üçün universitetə 50-yə yaxın avadanlıq gondərilib.

 

 



30.09.2021 | 13:18