Coğrafiyaçılar Qafqaz Yay Məktəbinin sertifikatına layiq görülüblər

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun əməkdaşları Natəvan Cəfərova koordinator, Samirə Abuşova, İradə Əhlimanova, Aminə Muradova və magistrları Yeganə İbadlı, Nərmin Nağıyeva iştirakçı qismində “Cənubi Qafqazda iqlimə uyğunlaşma qabiliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq Qafqaz yay məktəbi -2021-də  iştirak ediblər. 

 

Cenevrə və Davamlı Qafqaz Universiteti tərəfindən təşkil edilən tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənir.

 

Təlim iştirakçıları təbii fəlakətlərin real vaxt rejimində xəritələndirilməsi və əldə edilən məlumatların paylaşdırılması, GIS-dən istifadə ilə analizlərin aparılması, uzaqdan zondlama məlumatlarının işlənməsi, tematik məşqlər və xəritələrin  ictimaiyyətə  yayılması haqqında biliklərə yiyələniblər. Dərslərin sonunda institut əməkdaşları təlimi bitirən 25 iştirakçı arasında fərqlənərək, 14 nəfərlə birlikdə beynəlxalq sertifikata yiyələniblər.

 

Coğrafiyaçılar təlimi peşəkar səviyyədə bitirdiklərinə görə 2022-ci il, 22 aprel tarixində “Turizmin Davamlı İnkişafı üçün Transdisiplinarlıq: Qafqaz aliminin rolu” (“Transdisciplinarity for Sustainable Tourism Development: Role of Caucasus Scientist”) adı altında keçiriləcək 3-cü Qafqaz Dağ Forumunda iştirak etmək hüququ qazanıblar.

 



28.09.2021 | 10:03