Braziliyanın Campinas Universitetinin professoru gənc alimlər üçün seminar keçib | |
Braziliyanın Campinas Universitetinin Qida mühəndisliyi ixtisası üzrə tanınmış beynəlxalq eksperti, professor Amin Mousavi Khaneghah Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) seminar keçib. Seminarda ADNSU-nun gənc alimləri, doktorantlar iştirak ediblər.
Yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc edilməsi qaydaları haqqında danışan A.Mousavi məqalə yazmaq üçün öncə elmi istiqamətin, mövzunun düzgün seçilməsi, işlənib hazırlanması və metrik bazalarda dərci üçün müraciətin önəmli olduğunu deyib. O, elmi- tədqiqat işlərinin, eləcə də elmi məqalələrin yazılma qaydaları, əsas müddəalar, mövzuların işlənmə prinsipi haqqında təqdimatla çıxış edib. Bildirib ki, yazılmış hər hansı bir elmi məqalə nə qədər çox dərc olunarsa, çoxlu oxucusu olan jurnallarda tirajlanarsa, o zaman müəllifə olan tələbat da artır, təbii ki istinadlar da çoxalır. Məqalənin dərci və yayımlanması onun yazılması qədər vacibdir, əhəmiyyətlidir.
Amin Mousavi Khaneghah seminarın sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.
|
|
24.09.2021 | 14:00 | |
|
|
|