HTP məzunundan təlim proqramı | |
“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.
24 sentyabr 2021-ci il saat 18:00 tarixində keçiriləcək növbəti təlim “Kənd təsərrüfatının dayanıqlı inkişafında institusional innovasiyaların rolu: Çin nümunəsi” mövzusuna həsr edilib.
Təlimçi HTP proqramı çərçivəsində Çində kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə magistratura təhsili almış Nadir Nadirlidir.
Təlimdə iştirak etmək üçün müvafiq link https://forms.gle/NBZfqvduRAb8KRAL6 vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
|
|
22.09.2021 | 18:17 | |
|
|
|