Təhsil nazirinin növbəti videoqəbulu keçiriləcək | |
Təhsil naziri Emin Əmrullayev 1 oktyabr 2021-ci il tarixində saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan rayonların sakinləri 21-28 sentyabr (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin "146-1" nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə və ya elektron müraciət (https://edu.gov.az/az/contact; https://portal.edu.az) vasitəsilə videoqəbula yazıla bilərlər.
Vətəndaşlar videoqəbulun keçirildiyi otağa qəbula yazılanlar siyahısı və şəxsiyyəti təsdiq edən sənədlər əsasında buraxılacaqlar. Qəbulun keçirildiyi yerdə müvafiq sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda birdən artıq şəxsin iştirakına icazə verilmir.
|
|
21.09.2021 | 09:28 | |
|
|
|