Dövlət İdarəçilik Akademiyasının “ASAN xidmət” əməkdaşları üçün təlimi

Prezident yanında Dövlət İdarəçilik Akademiyası (DİA) “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün yeni tədris ilində təlim təşkil edib.

 

Təlim DİA və Prezident yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasında imzalanan Əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.

 

DİA-dan bildirilib ki, “ASAN  xidmət” mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlərin davam etdirilməsi təsdiqlənib və ilk təlim sentyabrın 16-da reallaşıb.

 

Təlimdə “Azərbaycan Respublikasının milli prioritetləri: planlaşdırma və idarəetmə” adlı ilk mühazirəni DİA-nın rektoru, akademik Urxan Ələkbərov təqdim edib.

 

Daha sonra Dövlət qulluğu və kadr siyasəti kafedrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı mühazirəsi dinlənilib.

 

Təlimlər ilin sonunadək davam edəcək və təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

 



20.09.2021 | 17:35