Coğrafiya fənnini tədris edəcək müəllimlər üçün layihənin hazırlıq mərhələsi başlayıb | |
Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsinin qalibi, Astara şəhər C. Babayev adına 3 saylı tam orta məktəbin müəllimi Nəvai Qənbərovun rəhbəri olduğu “Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə Coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin bir ay ərzində nəzərdə tutulan hazırlıq mərhələsinə start verilib.
Layihənin məqsədi Lənkəran, Astara və Masallı şəhərlərinin orta ümumtəhsil məktəblərində Coğrafiya fənnini tədris edən müəllimlərə CİS texnologiyalarının öyrədilməsidir. 6 ay müddətində aşağıda nəzərdə tutulan mövzular üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi qarşıya vəzifə olaraq qoyulub:
“Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə Coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” layihəsinin icra planına uyğun olaraq layihə rəhbərinin işçi heyətlə onlayn formatda görüşü təşkil edilib. Görüşdə layihədə iştirak edənlərin vəzifələri haqqında məlumatlar verilib, müvafiq iş bölgüsü aparılıb.
Qeyd edək ki, sentyabrın 15-də başlayan layihə gələn il mart ayının 15 -ə kimi icra olunacaq. Layihədə iştirak etmək istəyənlər üçün onlayn müraciət anketi yaxın günlərdə layihənin sosial media hesabları ilə ictimaiyyətə təqdim ediləcək. Layihə çərçivəsində nəzərdə tutulan təlimlər isə bu il noyabrın 20-dən gələn il fevralın 20-dək keçiriləcək. |
|
20.09.2021 | 10:18 | |
|
|
|