CRENG layihəsi çərçivəsində yeni ixtisasa tələbə qəbulu aparılıb | |
Azərbaycan Texniki Universitetində (AzTU) yeni açılan Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi ixtisasına 2021/2022-ci tədris ili üzrə ilk dəfə olaraq magistratura səviyyəsində tələbə qəbulu aparılıb.
Universitetdən bildirilib ki, Avropa İttifaqının maliyyələşdirdyi Erasmus+ KA2 proqramının “Nəqliyyat xidmətlərində risk və böhran mühəndisliyi” (CRENG) layihəsi çərçivəsində yaradılan ixtisas üzrə AzTU-ya 6 magistrant qəbul edilib.
“Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi” ixtisaslaşması üzrə yeni və müasir tədris proqramı əsasında müvafiq təlim keçmiş professor-müəllim heyəti tərəfindən 13 fənn tədris ediləcək.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 8 avqust 2020-ci il qərarı ilə CRENG layihəsi çərçivəsində AzTU-da Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarəedilməsi ixtisaslaşması ixtisas siyahısına daxil edilib.
Universitetdə yeni ixtisas üzrə 2020/2021-ci tədris ili üçün “Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi” proqramının Nəqliyyat logistikası ixtisaslaşması üzrə pilot tədrisi təşkil edilib.
2020/2021-ci tədris ilinin yaz semestrində 5 fənn üzrə tədris müvəffəqiyyətlə yerinə yetirilib.
|
|
18.09.2021 | 13:24 | |
|
|
|