Ağstafa, Masallı və Sabirabadda məktəb açılışları

Sentyabrın 17-də Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbinin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.             

 

Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov iştirak edib.

 

Bildirilib ki, Sadıqlı kənd tam orta məktəbinin inşasına 2020-ci ilin dekabrında başlanılıb. İki mərtəbəli məktəb binası dörd korpusdan ibarətdir. 360 nəfər şagird yerlik olan məktəbin geniş sinif otaqları, laboratoriyaları, akt zalı, yeməkxana, kitabxana və oxu zalı, informatika kabineti, hərbi hazırlıq kabineti, sanitar qovşaqlar, qapalı və açıq  idman zalı var. Həmçinin məktəbəhazırlıq qrupları üçün xüsusi kabinetlər yaradılıb. Sadıqlı kənd tam orta məktəbində 47 nəfər müəllim, 18 nəfər texniki işçi çalışır. 

 

Açılışdan sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.


***

 

Sentyabrın 17-də Sabirabad rayonu Türkədi kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.

 

Tədbirdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Sabirabad rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev iştirak edib.

 

Bildirilib ki, yeni məktəb binası 264 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

 

Açılışdan sonra məktəblə tanışlıq olub. 


***


Sentyabrın 17-də Masallı rayonu Boradigah qəsəbə İ.Nağıyev adına 2 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.


Açılış mərasimində Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Masallı rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov iştirak edib.


Bildirilib ki, yeni tikilmiş məktəb 624 şagird yerlikdir. 28 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 əmək otağı, 1 informatika, 1 hərbi hazırlıq otağı, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.


2021-2022-ci tədris ilində təhsil müəssisəsində 539 şagird, məktəbəhazırlıq qrupunda isə 40 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 41 nəfər pedaqoji, 23 nəfər texniki işçi çalışır. Masallı rayonunda 66 tam orta, 26 ümumi orta, 3 ibtidai olmaqla, ümumilikdə 95 ümumi təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 

 



17.09.2021 | 19:58