Məzunlar ümidləri doğruldur

Son illər Təhsil Nazirliyi tərəfindən aparılan məqsədyönlü islahatlar, həyata keçirilən layihələr və təhsilin əlçatanlığı  məzunlara ali təhsil almaq üçün stimul yaradır. Bütün bunların nəticəsidir ki, bölgələrdə olan məktəblərin məzunlarının ali məktəbə qəbul olma göstəriciləri ilbəil artır. Belə təhsil ocaqlarından biri də Bərdə rayonu Alpout kənd tam orta məktəbidir. Məktəbin direktoru Ayulduz Mirzəyeva bildirib ki, bu il məktəbi bitirən 12 məzundan 7 nəfəri respublikamızın nüfuzlu ali məktəblərinə daxil olub. Məktəbin məzunlarının son 5 ildə ali məktəblərə qəbul göstəricilərinin yüksələn dinamika ilə artdığını deyən  direktor onu da qeyd edib ki, məktəb kollektivi nəticələrin daha da yüksəlməsini qarşıya məqsəd qoyub.  Təhsil ocağında təlimlə bərabər tərbiyə işinin təşkilinə də xüsusi diqqət yetirilir. Pedaqoji kollektivin sistemli şəkildə apardığı işlərin nəticəsidir ki, məktəbin uğurları ilbəil artır.



17.09.2021 | 14:16