Türkiyə universitetləri və biznes dairələri ilə UTECA-nın əməkdaşlıq imkanları müzakirə olunub

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri, UTECA Tərəfdaşlar və Himayədarlar Şurasının sədri Hüseyin Büyükfırat Azərbaycan Texnologiya Universitetində (UTECA) olub.

 

TÜİB rəhbəri Hüseyin Büyükfıratla universitetin rektoru, professor Akif Süleymanovun görüşündə Türkiyə universitetləri və biznes dairələri ilə UTECA-nın əməkdaşlıq imkanları və perspektivləri, həmçinin gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

 

Görüşdə elm və innovasiyalar üzrə prorektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov və ümumi işlər üzrə prorektor Rauf Bağırov da iştirak edib.

 



15.09.2021 | 15:07