“Erasmus+ KA2” proqramı çərçivəsində işgüzar görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+KA2” proqramı çərçivəsində “WORK4ACE” layihəsi əsasında ilk işgüzar görüş keçirilib.

 

Görüşdə yerli layihə üzvləri – Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, həmçinin Erasmus Azərbaycan Ofisinin rəhbərliyi  iştirak edib.

 

Toplantıda layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni modul proqramının yaradılması istiqamətində müzakirələr aparılıb. İclasın sonunda iş bölgüsü olub və iştirakçılar gələcək görüşlər haqqında razılığa gəliblər.

 

 



14.09.2021 | 12:29