UFAZ-ın müəllimi Strasburq Universitetində doktorluq müdafiəsi edib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) riyaziyyat fənni üzrə müəllimi, Strasburq Universitetinin doktorantı Ülviyyə Abdulkərimovanın doktorluq müdafiəsi baş tutub.
ADNSU-dan bildirilib ki, müdafiə prosesi qismən üzbəüz, qismən isə onlayn şəkildə Bakıda və Strasburqda keçirilib. 2016-cı ildən UFAZ-da müəllim kimi çalışan Ü.Abdulkərimova 2017-ci ildə Strasburq universitetinin doktorantura pilləsinə qəbul olub. Onun elmi rəhbəri UFAZ-ın kompüter elmləri üzrə müəllimi və elmi eksperti professor Pierre Collet-dir. Doktorluq işinin mövzusu: SINUS-IT : an evolutionary approach to harmonic analysis-dir.
ADNSU və Strasburq Universiteti arasındakı razılaşmaya əsasən, ADNSU və UFAZ müəllimləri, o cümlədən Azərbaycanın digər gənc mütəxəssisləri 3-cü pillə üzrə təhsillərini Strasburq Universitetində ala bilərlər.
UFAZ-ın elmi ekspertləri tərəfindən seçilmiş gənc magistrlər Cavid Əbdürrəhim və Nizami İsrafilov 2019-cu ildən bu razılaşma çərçivəsində Strasburq universtitetində PhD təhsillərini davam etdirirlər.
UFAZ-ın Elmi laboratoriyalarında laborant kimi çalışan Narınc Tağıyeva və Leyla Əliyeva isə Strasburq Universitetinin doktorantura pilləsinə bu il qəbul olublar.
|
|
03.09.2021 | 17:44 | |
|
|
|