"Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans | |
Bu il sentyabrın 16-17-də Azərbaycan Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransın plenar iclası Ağdamda, digər iclasları isə onlayn qaydada təşkil olunacaq. Konfransa məqalə və tezislərin qəbulu davam edir. Məqalə və tezislərin qəbulu sentyabrın 10-da başa çatacaq.
Konfransda:
istiqamətlərində müzakirələr aparılacaq.
Məqalə və tezislər aşağıda göstərilən tələblərə uyğun qaydada tərtib edilməli və sentyabrın 10-dan gec olmayaraq agdam@pa.gov.az elektron ünvanına göndərilməlidir. Məqalə və tezislər Azərbaycan, türk, rus, ingilis dillərində və elektron formada qəbul edilir.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib. |
|
25.08.2021 | 17:44 | |
|
|
|