Fransız dili müəllimləri üçün onlayn pedaqoji təcrübə | |
Fransanın Azərbaycandakı səfirliyinin Əməkdaşlıq və mədəniyyət şöbəsinin, və Azərbaycanda Fransız İnstitutunun təşkilatçılığı ilə fransız dili müəllimləri üçün beşgünlük onlayn pedaqoji təcrübə təşkil edilib.
“Fransız şəhərciyi” adlanan və hər il Azərbaycanın müxtəlif rayonlarında keçirilən pedaqoji təcrübə bu il pandemiya ilə əlaqədar onlayn formada baş tutub. Naxçıvan Dövlət Universitetində (NDU) iki mərhələdə təşkil olunan pedaqoji təcrübə hər qrupda 10 müəllim olmaqla 3 qrupda keçirilib.
Universitetdən bildirilib ki, pedaqoji təcrübənin I mərhələsində NDU-nun xarici dillər fakültəsinin Roman-german dilləri kafedrasının baş müəllimləri- İradə Qasımova və Əzizə Əliyeva iştirak edib. İki hissədən ibarət təlimin fransız dilinin tədrisi ilə bağlı I mərhələsini fransız dili mütəxəssisi Saliha Ouldyerou aparıb. İkinci mərhələ isə Fransanın sivilizasiyası, gündəlik həyatı, kulinariyası, kinosu, muzeyləri və s. ilə bağlı olub. Fransız mütəxəssislə tədrisə aid müxtəlif mövzularda dialoqlara yer verilən təlimdə praktiki məşğələlər də aparılıb, fransız dilinin öyrənilməsində qarşıya çıxan çətinliklər və s. kimi məsələlər müzakirə olunub. Təlimin sonuncu günü kulinariya məşğələsində nitsa salatı hazırlanıb.
Qeyd edək ki, həm nəzəri, həm də praktiki fəaliyyətlər həyata keçirilən pedaqoji təcrübədə iştirak edən bütün müəllimlərə sertifikat təqdim olunacaq.
|
|
25.08.2021 | 15:42 | |
|
|
|