MDU-da növbəti “Açıq hava seminarları”

Mingəçevir Dövlət Universitetində (MDU) “Açıq hava seminarları” proqramı çərçivəsində növbəti tədbir keçirilib.

 

MDU-nun Kimya və ekologiya kafedrasının müəllimi Aytac Cavadova tərəfindən keçirilən  seminar “Təbiəti sevək” mövzusuna həsr olunub.

 

Seminarda ekoloji problemlər, qlobal istiləşmə, ətraf mühitə təbii və texnogen xarakterli amillərin təsirləri barədə ətraflı məlumatlar verilib, mövzu ilə bağlı konkret situasiyalar üzrə tələbə və magistrantlarla geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, MDU-da “Açıq hava seminarları” proqramına avqustun 12-dən start verilib. Proqram çərçivəsində açıq hava şəraitində universitetin akademik heyət üzvləri tərəfindən tələbə və magistrantlar üçün müxtəlif aktual mövzularda silsiləvi seminarların keçirilməsi nəzərdə tutulub. Tələbə gənclərin hərtərəfli inkişafına xüsusi önəm verən MDU-da bu tipli tədbirlərin davamlı təşkili diqqət mərkəzində saxlanılır. 

 

 



23.08.2021 | 15:19