BANM-in elmi-tədqiqat layihəsi 19 930 AZN qazandı | |
Bakı Ali Neft Məktəbinin (BANM) məzunları tərəfindən hazırlanmış yeni elmi-tədqiqat layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş qrant proqramının qalibi olub.
Ali məktəbdən verilən məlumata görə, elmi-tədqiqat layihəsi 19 930 AZN qazanıb. Layihə Elmar Əsgərzadə, Hüseyn Əliyev, Aleksandr Oborovskiy və Murad Rəhimov tərəfindən hazırlanıb.
Qalibləri təbrik edən agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, ilk müsabiqə olmasına baxmayaraq, sahibkarlar tərəfindən maraq böyükdür. Gənclərin bilik və bacarıqlarını qiymətləndirdiyi üçün BANM ailəsi də KOBİA-ya təşəkkürünü bildirib.
Qeyd edək ki, ümumilikdə müsabiqəyə 329 layihə təqdim edilib.
Layihəyə uyğun olaraq, 8 ay ərzində yeni mühərrik qatqısı hazırlanaraq testləri aparılacaq və sonda bazara çıxarılacaq. Həmmüəlliflərin əsas hədəfi mühərrik yağları üçün sürtünmə əmsalını minimuma endirərək enerji sərfiyyatını azaldan nanomaterialın hazırlanmasıdır.
|
|
23.08.2021 | 14:33 | |
|
|
|