AzTU-da tələbə qəbulu üçün 2235 plan yeri ayrılıb | |
2021/2022-ci tədris ili üzrə Azərbaycan Texniki Universitetində (AzTU) tələbə qəbulu üçün 2235 plan yeri ayrılıb.
Universitetdən bildirilib ki, bunlardan 2070 yer Azərbaycan, 150 yer rus, 15 yer isə ingilis bölməsi üzrədir.
Ali məktəb AzTU-da təhsil almaq istəyən abituriyentlərin diqqətinə 7 fakültə üzrə kadr hazırlığı aparılan ixtisasları təqdim edib:
Energetika və avtomatika fakültəsi
050607 - Elektirk və elektronika mühəndisliyi 050608 - Energetika mühəndisliyi 050630 - Mühəndis fizikası 050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Maşınqayırma və robototexnika fakültəsi
050604 - Cihaz mühəndisliyi 050622 - Maşın mühəndisliyi 050628 - Mexanika mühəndisliyi 050629 - Mexatronika və robototexnika mühəndisliyi 050635 - Qida mühəndisliyi 050638 - Sənaye mühəndisliyi
Xüsusi texnika və texnologiya fakültəsi
XTB050101 - Hərbi kompozisiya materialları mühəndisliyi XTB050102 - Hərbi rabitə vasitələri mühəndisliyi
XTB050103 - Optotexnika mühəndisliyi 050601 - Aerokosmik mühəndislik
Nəqliyyat və logistika fakültəsi
050621 - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 050632 - Nəqliyyat mühəndisliyi 050806 - Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)
Metallurgiya və materialşünaslıq fakültəsi
050606 - Ekologiya mühəndisliyi 050614 - Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 050618 - Kimya mühəndisliyi 050623 - Materiallar mühəndisliyi 050624 - Mədən mühəndisliyi 050627 - Metallurgiya mühəndisliyi
İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi
050509 - Kompüter elmləri 050615 - İnformasiya təhlükəsizliyi 050616 - İnformasiya texnologiyaları 050620 - Kompüter mühəndisliyi 050636 - Radiotexnika və telekommunikasiya mühəndisliyi
İqtisadiyyat və idarəetmə fakültəsi
050401 - Beynəlxalq ticarət və logistika 050402 – Biznesin idarə edilməsi 050405 – İqtisadiyyat 050407 – Marketinq 050408 – Menecment 050410 - Statistika |
|
20.08.2021 | 17:22 | |
|
|
|