Türkiyə universitetlərində payız semestri: tədris əyani, yoxsa distant başlayacaq? | |
Türkiyənin Yüksek Öğretim Kurulu (Ali Təhsil Şurası-YÖK) 2021-2022-ci tədris ilini universitetlərdə üz-üzə başlamağı planlaşdırdıqlarını elan edib.
"Ali Təhsil Şurası tərəfindən 2021-2022-ci tədris ili dövründə formal proqramlarda "üz-üzə təlim" in başlanması üçün bütün zəruri işlər görülür. 2019-cu ilin sonunda başlayan və 2020-ci ilin ilk aylarında daha da güclənən koronavirusla əlaqədar ali məktəblərimiz distant təhsilə keçiblər. Ötən il "qlobal epidemiyada yeni normallaşma" mövzusunda tədqiqatlar aparılıb, bəzi praktiki məşğələlərin davam etdirilməsi, o cümlədən qarışıq (hibrid) təlimin tətbiqi təmin edilib.
Epidemiyanın dinamik proses olduğunu nəzərə alaraq, universitetlərin müvafiq şuraları bildiriblər ki, epidemiyanın regional və yerli gedişinə uyğun olaraq müxtəlif proqramların özəl şəkildə həyata keçirilməsini planlaşdırmaq lazımdır.
2021-2022-ci illərin tədris dövründə Ali Şura kimi formal proqramlarda "üz-üzə təlim" in başlanması üçün zəruri olan işlərimiz var.
Türkiyə mətbuatının məlumatına əsasən, səhiyyə naziri Fəhrəttin Koca sosial şəbəkə üzərindən paylaşdığı mesajında "sentyabrın 13-dək bizim universitet tələbələri də peyvənd olacaq"- deyib.
Hal-hazırda peyvənd almayan tələbələri universitet şəhərciklərinə qəbul etməmək barədə heç bir qərar yoxdur. Vaksin almış və almamış tələbələr üz-üzə təlimlərdə iştirak edə biləcəklər.
Oruc MUSTAFAYEV |
|
16.08.2021 | 16:33 | |
|
|
|