Türkiyəli professordan YAŞAT fonduna ianə | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris olunacaq fənlər üzrə Türkiyənin aparıcı universitetlərinin professorları tərəfindən təlimlər keçirilir.
Təlimçilərdən Qazi Universitetinin professoru Mahir Dursun təlim proqramı qarşılığında ona ödənilmiş məbləğin hamısını İkinci Qarabağ Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT fonduna köçürüb.
Bu barədə UNEC-dən bildirilib.
|
|
14.08.2021 | 12:23 | |
|
|
|