BDU tələbələri üçün alman dili üzrə növbəti təlimlər

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation club”un alman dili üzrə üçüncü təlimi keçirilib. Açıq havada təşkil olunan təlimdə alman dilində feillərin şəxsə görə dəyişməsi və alman dilinin lüğəti haqqında təlim iştirakçılarına məlumat verilib.

 

Daha sonra təlimçi tələbələrin mövzu ilə  bağlı suallarını cavablandırıb.

 

Qeyd edək ki, bu təlimlər tələbələrin xarici dil bacarıqlarının artırılmasına xidmət edir və həftədə iki dəfə olmaqla, müxtəlif dillər üzrə davamlı şəkildə həyata keçirilir.

 

 



12.08.2021 | 11:17