“Sahibkarlıq bacarıqlarının inkişafı” mövzusunda təlimlər | |
Mingəçevir Dövlət Universitetində “Seed” Tələbə Startap Mərkəzinin təşkilatçılığı ilə “Sahibkarlıq bacarıqlarının inkişafı” mövzusunda təlimlər keçirilib.
Microsft Teams platforması üzərindən onlayn formatda təşkil edilən beşgünlük təlim proqramında universitetin tələbə və magistrantları iştirak ediblər.
Proqrama uyğun olaraq ayrı-ayrı günlərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, “eazi START” Startap və İnnovasiya Mərkəzinin koordinatoru Elviz İsmayılov “İdeyanı necə tapmalı?” və “Minimum işlək məhsul nədir?”, İnnovasiyalar Agentliyinin Startaplara dəstək və akselerasiya şöbəsinin baş mütəxəssisi, “Barama” İnnovasiya və Akselerasiya Mərkəzinin koordinatoru Camal Ağayev “Hədəf müştərilərin və dəyər təklifinin müəyyənləşdirilməsi” və “Biznes model”, “Tech.az” saytının icarçı direktoru Tariyel Ağazadə isə “Sahibkarlıq üçün təqdimat bacarıqları” mövzularında təlimlər keçiblər.
Təlimlər tələbə və magistrantlarda innovativ sahibkarlıq fürsətlərini dəyərləndirmək, müştəri ehtiyaclarını və dəyər təklifini müəyyənləşdirmək, uğurlu biznes modeli, startap yaratmaq istiqamətində bilik və bacarıqların formalaşdırılmasına hədəflənib.
|
|
11.08.2021 | 13:31 | |
|
|
|