UNEC-də beynəlxalq təlim keçirilib | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyəti İdarəetmə Sistemi (KİS) üzrə beynəlxalq təlim keçirilib.
Türk Standartları İnstitutunun baş auditoru Teyfik Bıyıklının keçdiyi təlimlər KİS-in yeni 9001:2015 standartının təsdiq edilməsi ilə bağlı olub. Dörd gün davam edən təlimlərdə UNEC-in müvafiq strukturlarından ibarət işçi qrupu iştirak edib. İşçi qrupuna İSO standartındakı dəyişikliklər barədə ətraflı məlumat verilib.
Təlimin nəticələrinə uyğun olaraq iştirakçılara KİS üzrə beynəlxalq auditor sertifikatı təqdim edilib.
|
|
04.07.2018 | 13:44 | |
|
|
|