“Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir | |
Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub.
Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək: - Ali təhsil; - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı; - Təşkilatçılıq bacarığı; - Komanda ilə işləmək bacarığı; - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı; - Yaş həddi: 27 yaşdan yuxarı
Namizədlər öz CV-lərini mdm@arti.edu.az e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz: https://www.arti.edu.az/.../794-quot-saristali-metodist...
Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur.
|
|
05.08.2021 | 12:42 | |
|
|
|