Azərbaycan Texniki Universitetində türk dili tədris olunacaq | |
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Yunus Emre İnstitutu arasında türk dilinin tədrisi ilə bağlı protokol imzalanıb. Protokolu universitetin rektoru, professor Vilayət Vəliyev və institutun sədri, professor Şeref Ateş imzalayıb.
Türkiyə universitetləri, o cümlədən Qazi Universiteti ilə imzalanan ikili diplom haqqında müqavilələrin yerinə yetirilməsi üçün Yunus Emre İnstitutu AzTU-nun müxtəlif fakültə və ixtisaslarında türk dilinin tədrisini həyata keçirəcək.
Yunus Emre İnstitutu tərəfindən ilkin olaraq türk dili öyrənəcək tələbələrin səviyyələrinin müəyyənləşdirilməsi üçün Səviyyə Müəyyənləşdirmə İmtahanı (SBS) təşkil ediləcək. Dərslərin sonunda türk dilinin beynəlxalq etibarlılığa malik olan və xarici tələbə qəbulunu asanlaşdıran Türkcə Yetərlik İmtahanlarının (TYS) keçirilməsi və imtahanda müvəffəqiyyət qazanan tələbələrə TYS sertifikatının verilməsi də nəzərdə tutulub.
Bu barədə AzTU-dan bildirilib.
|
|
04.08.2021 | 16:20 | |
|
|
|