Azərbaycanlı şagirdlər Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək | |
7-14 iyul 2018-ci il tarixlərində Rumıniyanın Kluj şəhərində 59-cu Beynəlxalq Riyaziyyat Olimpiadası(İMO 2018) keçiriləcək. Ölkəmizi bu olimpiadada 6 nəfər şagird təmsil edəcək.
Dünyanın 116 ölkəsindən 615 məktəblinin iştirak edəcəyi bu olimpiadada şagirdlərimiz bu günədək 8 gümüş və 32 bürünc medal olmaqla 40 medal qazanıb, 2017-ci ildə isə 4 bürünc medal əldə edərək 110 ölkə arasında komanda hesabında 42-ci yerdə qərarlaşıblar.
Azərbaycan məktəblilərinin Beynəlxalq Riyaziyyat Olimpiadasında ən yaxşı nəticəsi 2010-cu ildə 3 gümüş, 2 bürünc medal qazanması və ölkələr arasında 28-ci yerdə dayanması olub.
Beynəlxalq Riyaziyyat Olimpiadası ilk dəfə 1959-cu ildə Rumıniyada 4 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan məktəbliləri isə bu olimpiadada 1992-ci ildən iştirak edirlər.
|
|
03.07.2018 | 14:35 | |
|
|
|