Yerli ali təhsil müəssisələri üçün Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Horizon Europe” elmi-tədqiqatlar qrant proqramı barədə onlayn təlim təşkil olunub.
Beş təqdimatı ehtiva edən təlimin məqsədi elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və Tibb üzrə işçi proqramları barədə yerli ATM-lər və alimlər üçün lazımi informasiyanı təmin etmək və iştirakçılar arasında bu sahədə məlumat mübadiləsi və əməkdaşlığı təşviq etmək idi.
Təlimdə 20-dən çox ali təhsil müəssisəsindən 60-a yaxın nümayəndə iştirak edib.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Təlimdə nümayiş edilən təqdimatlar
|