Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günləri keçirilir | |
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günlərinə start verilib. “Açıq qapı” günlərinin 28-30 iyul tarixlərində təşkili nəzərdə tutulub.
Tədbir çərçivəsində iştirakçılar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olur, master klasslarda iştirak edir, aşpaz, qənnadçı-şirniyyatçı, dülgər, qaynaqçı, tikişçi, xalçaçı və digər ixtisaslar üzrə kadr hazırlığı şəraiti ilə əyani şəkildə tanış olmaq imkanı əldə edirlər. “Açıq qapı” günləri çərçivəsində Mərkəzə infoturlar təşkil olunur, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq və işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçirilir.
Tədbir iştirakçılarına peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin mühüm bir addım olduğu, peşə təhsilinin perspektivləri üzrə ətraflı məlumat verilməkdədir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin uğurlu məzunları tərəfindən infoturlarda iştirak edən ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında məsləhət və tövsiyələr verilir və uğur hekayələri paylaşılır.
|
|
29.07.2021 | 15:27 | |
|
|
|