Təhsil tələbə kreditlərinin verilməsi qaydası

Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcəklər. 

 

Sosial kredit almaq hüququ olmayan tələbələr isə təhsilinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) etibarən standart kredit almaq hüququna malikdirlər. Bu qrupa birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar); 3.4.2. illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər daxildir. 

 

Təhsil krediti göstərilən təhsil pillə və səviyyələri və həmin pillə və səviyyələrin hər tədris semestri (yarımili) üzrə yalnız bir dəfə və təhsilin normativ müddətində verilir. 

 

Hər iki növ üzrə kreditin verilməsinə dair tələblər mövcuddur. Kreditlərin verilməsi Fondla müvəkkil bank arasında bağlanılacaq baş sazişə uyğun olaraq tələbələrlə bağlanılmış kredit müqavilələri əsasında təhsil müəssisələrinə köçürüləcək. Tələbələrdən girov və zaminlik tələb olunmur, təhsil tələbə kreditləri sığortalanır. Təhsil tələbə krediti üzrə kreditin maksimal məbləğini və kredit faizlərini Fondun Himayəçilik Şurası təsdiq edəcək. Qaydada təhsilin keyfiyyətinin stimullaşdırılması məqsədi ilə güzəştlər sistemi də nəzərdə tutulub. Təhsil tələbə krediti üzrə müraciətlərin edilməsi, qeydiyyatı, tələbənin statusunun və hüququnun müəyyən edilməsi və digər əməliyyatlar bu məqsədlə yaradılan elektron informasiya sistemi vasitəsi ilə həyata keçiriləcək. 

 

Qaydalarla bağlı ətraflı linkə daxil olaraq tanış ola bilərsiniz: https://nk.gov.az/az/document/5487/

 

 



28.07.2021 | 15:08