BSU-da magistraturaya 112 nəfər qəbul olunub | |
Məlum olduğu kimi, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesi iyulun 26-da başa çatıb.
Bakı Slavyan Universitetindən (BSU) verilən məlumata görə, 2021-2022-ci tədris ilində universitetə ali təhsilin magistratura səviyyəsinə 13 ixtisas, 23 ixtisaslaşma üzrə 112 nəfər qəbul olunub. Ümumilikdə BSU-da ali təhsilin magistratura səviyyəsi üzrə qəbul birinci mərhələdə 86 faiz təşkil edib.
|
|
27.07.2021 | 13:33 | |
|
|
|