Beynəlxalq Riyaziyyat Olimpiadasından qazanılan uğur | |
14-24 iyul 2021-ci il tarixlərində Sankt-Peterburqda 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilib. Olimpiadada 107 ölkədən 619 şagird iştirak edib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc medal və 3 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov bürünc medala, həmin liseyin IX şagirdi Fidan Qarayeva, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Elçin Musazadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad İsmayılzadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.
Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.
|
|
23.07.2021 | 20:31 | |
|
|
|