Balaca rəssamlar mükafatlandırılıblar

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının balaca rəssamlarının “Dəniz canlıları” mövzusunda sərgisi açılıb. Filarmoniyanın nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyinin Sabunçu rayon Gənclər Evində keçirdiyi sərginin  məqsədi uşaqların təbiətlə, dəniz canlıları ilə tanış olmaları, onları öz dünyalarında  gördükləri kimi təsvir etmələri olub. Sərgidə 4-17 yaş qrupunda 48 fırça sahibinin  100-dək rəsmi nümayiş olunub. Həmçinin tədbirə Çin Xalq Respublikasından 8  yaşlı Çen Vanyinin, türk-alman əsilli 9 yaşlı Friman Selinin də qatılıblar.

 

Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, Sabunçu Gənclər Evinin nümayəndəsi Aygün Həsənzadə, şair Qardaşxan Əzizxanlı sərgi ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Tədbirin sonunda Dövlət Uşaq Filarmoniyasının müəllimləri Vusal Hüseynzadə , Gülşad Quliyeva, Günay Qarayeva balaca rəssamları mükafatlandırıblar.

 

Sifai SƏFƏROVA

 



02.07.2018 | 17:03