Neft-Kimya Prosesləri İnstitutunda doktorluq imtahanı | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda Kimya fənnindən doktorluq imtahanı keçirilib.
İmtahanda komissiyanın üzvləri- sədr, akademik Vaqif Abbasov, üzvlər – dosent Lalə Əfəndiyeva, professor Reyhan Əliyeva, dosent Yeganə Asğazadə, dosent Fatmaxanım Əliyeva iştirak ediblər. 4 doktorant və dissertantdan imtahan götürülüb, imtahanın nəticələrinə əsasən, 3 nəfər “əla”, 1 nəfər isə “yaxşı” qiymət alıb.
İmtahanda AMEA-nın Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadə də iştirak edib.
|
|
15.07.2021 | 12:41 | |
|
|
|